Bakı. Trend:
Qəzza zolağında vəziyyət ilə bağlı danışıqlarda iştirak edən tərəflər yaxın gələcəkdə atəşkəslə bağlı razılığa gəlmək üçün məsləhətləşmələri davam etdirir.
Trend-in məlumatına görə, bu barədə Misirin "Əl-Qahirə əl-İxbariyyə" telekanalı xəbər verib.
Onun mənbəsinə görə, Qahirə, Doha və Vaşinqton hazırda “Qəzzada atəşkəs və israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsi ilə bağlı yaxın koordinasiyadadırlar”. Bildirilib ki, Misirli danışıqçılar bütün tərəfləri "razılaşmaq üçün lazımi çeviklik göstərməyə" çağırıblar.
Onun mənbəsi əlavə edib ki, Qahirə indi Qəzzada “atəşkəsi bərpa etmək üçün hazırkı münaqişə tərəflərinin fikirlərini bir araya gətirməyə” çalışır.