Bakı. Trend:
Prezident Donald Trampın göstərişi ilə yeri dəyişdirilən ABŞ-a məxsus iki nüvə sualtı qayığı artıq nəzərdə tutulmuş əraziyə yerləşdirilib.
Trend xəbər verir ki, Tramp bu barədə Nyu-Cersidəki Bedminster şəhərindən Vaşinqtona yola düşməzdən əvvəl jurnalistlərə açıqlama verib.
“Onlar artıq bölgədədir, lazımi mövqedə yerləşiblər”, – deyə Tramp bildirib.
Qeyd edək ki, daha əvvəl “Newsmax” telekanalına verdiyi müsahibədə Tramp həmin sualtı qayıqların Rusiyaya daha yaxın bir əraziyə yerləşdiriləcəyini bildirmiş, lakin onların dəqiq koordinatlarını açıqlamaqdan imtina etmişdi.