Bakı. Trend:
Britaniya hökuməti müalicə məqsədilə Qəzza bölgəsində 300-ə yaxın ağır xəstə və ya yaralı uşağı təxliyə edəcək.
Trend xəbər verir ki, bu barədə “Independent” yazır.
Məlumata əsasən, qarşıdakı həftələr ərzində elan olunacaq plana əsasən, Britaniyada müalicə məqsədilə Qəzzadan çıxarılacaq hər bir uşağı valideyni və ya qanuni qəyyumu müşayiət edəcək.
Artıq bir neçə uşağın “Project Pure Hope” humanitar layihəsi çərçivəsində təxliyə olunduğu bildirilir.