...

Cənubi Koreya sərhəddəki səsgücləndiriciləri sökür

Dünya xəbərləri Materials 4 Avqust 2025 23:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Koreya hakimiyyəti Şimali Koreya ilə gərginliyi azaltmaq məqsədilə sərhəd bölgəsində yerləşdirilmiş səsgücləndiriciləri sökməyə başlayıb.

Trend-in məlumatına görə, bu barədə “Independent” portalı yazıb. Bildirilib ki, Cənubi Koreya Pxenyanla dayandırılmış dialoqu bərpa etməyə və qarşılıqlı etimadı yenidən qurmağa çalışdığı üçün bu addım barışdırıcı jest kimi qiymətləndirilir.

Cənubi Koreyanın Müdafiə Nazirliyi səsgücləndiricilərin sərhəddən çıxarılmasını Koreya yarımadasında gərginliyi azaltmağa yönəlmiş “praktik tədbir” kimi təqdim edib. Qurum həmçinin vurğulayıb ki, bu proses ölkənin hərbi hazırlıq səviyyəsinə təsir göstərməyəcək.

Nazirliyin sözçüsü Li Qyon Ho çıxarılan dinamiklərin necə saxlanılacağı və ya gərginlik yenidən artarsa, onların sərhədə tez bir zamanda yerləşdirilib-yerləşdirilə biləcəyi ilə bağlı detalları açıqlamayıb.

Xəbər lenti

Xəbər lenti