Bakı. Trend:
ABŞ-nin Los-Anceles ştatında gecə saatlarında silahlı insident baş verib.
Trend-in məlumatına görə, atışma nəticəsində bir nəfər hadisə yerində, digəri isə xəstəxanada dünyasını dəyişib. Ölənlərdən birinin qadın olduğu bildirilir.
Hadisə zamanı daha 6 nəfər güllə yarası alıb.
Hazırda hadisənin motivləri məlum deyil. Polis insidenti törədən şəxsin axtarışlarını davam etdirir. İstintaq araşdırması aparılır.