Bakı. Trend:
Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) tərkibində yaradılan Terrorsuz Türkiyə Komissiyasının ilk iclası baş tutacaq.
Trend-in məlumatına görə, iclasa TBMM sədri Numan Kurtulmuş rəhbərlik edəcək. Komissiyanın ilk toplantısında 11 siyasi partiyadan 51 nümayəndə iştirak edəcək.
İclas zamanı komissiyanın iş prinsipləri və fəaliyyət qaydaları müəyyənləşdiriləcək.
Qeyd edək ki, Terrorsuz Türkiyə Komissiyası PKK terror təşkilatının özünü ləğv etməsi və silahların təhvil verilməsi fonunda yaranmış yeni reallıqların hüquqi əsasda təsbit edilməsi məqsədilə yaradılıb. Bu struktur, terrorun tamamilə aradan qaldırılması istiqamətində atılan siyasi və hüquqi addımların koordinasiyasını təmin edəcək.