...

Yaponiya ABŞ-dən avtomobil tariflərinin azaldılmasını tələb edəcək

Dünya xəbərləri Materials 5 Avqust 2025 08:42 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiyanın ticarət danışıqları üzrə baş nümayəndəsi Ryosey Akadzava çərşənbə axşamı ABŞ-yə rəsmi səfər etməyi planlaşdırır.

Trend-in “Bloomberg”ə istinadla verdiyi məlumata görə, Akadzava Vaşinqtonda keçiriləcək görüşlərdə ABŞ-yə ixrac olunan yapon avtomobillərinə tətbiq edilən tariflərin azaldılmasını tələb etməyi nəzərdə tutur.

Məlumata əsasən, bu addım ötən danışıqlar zamanı əldə edilmiş razılaşmaya əsaslanır. Razılaşmaya görə, Yaponiya ABŞ-yə idxal olunan avtomobillər üçün 15 % rüsum ödəməyə razılaşaraq, Prezident Donald Trampın 25 %-lik rüsum tətbiqi təhdidindən yayına bilmişdi.

Yeni tarif dərəcəsinin avqustun 7-dən qüvvəyə minməsi planlaşdırılır. Lakin avtomobil tariflərinin azaldılmasının konkret nə vaxt həyata keçiriləcəyi hələlik məlum deyil.

Qeyd edək ki, hazırda avtomobil tarifləri 27,5 % təşkil edir. Bu da Yaponiyadan ixrac edilən avtomobillər üçün ciddi maliyyə yükü deməkdir. Yaponiya tərəfi, bu tariflərin aşağı salınmasının qarşılıqlı ticarət əlaqələrinin daha da inkişafına xidmət edəcəyini bildirir.

Xəbər lenti

Xəbər lenti