...

ABŞ Ayda atom elektrik stansiyası inşa edəcək

Dünya xəbərləri Materials 5 Avqust 2025 10:33 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Rusiyanın və Çinin planlarına cavab olaraq, Ayda ilk atom elektrik stansiyasını (AES) inşa etməyi planlaşdırır.

Trend xəbər verir ki, bu barədə “Politico” qəzeti mövcud sənədlərə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, NASA-nın icraçı rəhbəri Şon Daffi bu həftə ərzində Yer kürəsinin təbii peyki səthində gücü 100 kilovatt olacaq AES tikintisi planları barədə açıqlama verməyi planlaşdırır.

Stansiyanın Aya göndərilməsi 2030-cu ilə planlaşdırılır. “Politico”nun yazdığına görə, bu məqsədlə NASA podratçı axtarışına başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti