...

ABŞ Rusiyanın iri ticarət tərəfdaşlarına qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır

Dünya xəbərləri Materials 5 Avqust 2025 11:24 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerika Birləşmiş Ştatları Rusiyadan əsas neft idxalçıları olan Çin, Hindistan və Braziliyaya qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır.

Trend xəbər verir ki, bu haqda ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uiteker danışıb.

Onun sözlərinə görə, bu cür müvafiq ölçülər Ukraynada münaqişənin nizamlanması üçün zəruridir.

Qeyd edək ki, iyulun 14-də ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsinin nizamlanmasında bir irəliləyişin əldə olunmayacağı təqdirdə Rusiya və onun ticarət tərəfdaşlarına qarşı əlavə 100 faizlik gömrük rüsumları tətbiq etməklə hədələmişdi.

Əvvəl Ağ Ev rəhbəri Rusiyaya atəşkəs üçün 50 günlük ultimatum versə də, sonradan (iyulun 29-da) möhlət müddətini 10 günə qədər azaltdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti