Bakı. Trend:
Fransanın cənubundakı Od departamentində baş verən meşə yanğınında iki nəfər xəsarət alıb.
Trend-in məlumaıtına görə, bu barədə departamentin sub-prefekti Lyusi Röş bildirib.
"Biri ağır olmaqla iki nəfər yaralanıb", - deyə o qeyd edib.
Onun sözlərinə görə, əlverişsiz hava şəraiti səbəbindən yanğın çox sürətlə yayılır.
Öz növbəsində, mülki müdafiə departamentinin nümayəndəsi Aleksandr Juassar bildirib ki, alov artıq 4,5 min hektar meşə sahəsini bürüyüb. Yanğının söndürülməsi üçün 1,25 mindən çox yanğınsöndürən səfərbər edilib. Yanğının söndürülməsinə bir neçə "Canadair" və "Dash" təyyarələri də cəlb olunub. Xilasedicilər ərazidəki bir neçə şəhəri boşaltmağa davam edir.