...

ABŞ Ukraynaya "M777" haubitsasının təmiri üçün avadanlıqların satışını təsdiqləyib

Dünya xəbərləri Materials 6 Avqust 2025 01:00 (UTC +04:00)
ABŞ Ukraynaya "M777" haubitsasının təmiri üçün avadanlıqların satışını təsdiqləyib

Bakı. Trend:

ABŞ Dövlət Departamenti Ukraynaya "M777" haubitsa təmiri üçün avadanlıq və xidmətlərin 104 milyon dollarlıq mümkün satışını təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh olan Pentaqonun Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Məlumata əsasən, Kiyev hakimiyyəti ABŞ-dan göstərilən məbləğə "M777" 155 mm-lik haubitsaların "avadanlığın alınması, təmir xidmətləri və uzunmüddətli texniki xidmət göstərilməsi" xahişi ilə müraciət edib. Müqavilənin əsas podratçısı Böyük Britaniyada yerləşən BAE Systems şirkəti olacaq.

Bundan əlavə, Dövlət Departamenti Kiyevə yükdaşıma və konsolidasiya xidmətlərinin, eləcə də müvafiq avadanlıqların 99,5 milyon dollara satışını təsdiqləyib.

Xəbər lenti

Xəbər lenti