Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp tezliklə Rusiyaya qarşı sanksiyalarla bağlı qərar verəcəyini bildirib və Moskva ilə növbəti təmaslarının nəticələrini nəzərə alacağına söz verib.
Trend-in məlumatına görə, bu barədə D.Tramp jurnalistlərə bildirib.
"Gəlin görək yaxın gələcəkdə nə baş verəcək", - deyə Tramp Vaşinqtonda jurnalistlərə Rusiyaya qarşı tədbirlər görməyə hazır olması ilə bağlı sualı cavablandırarkən deyib.
O əlavə edib ki, avqustun 6-da Rusiya keçiriləcək görüşdən sonra qərar qəbul edilə bilər.