...

Moskva-Soçi reysi ilə uçan təyyarə həyəcan siqnalı verib, Həştərxana enib (YENİLƏNİB)

Dünya xəbərləri Materials 7 Avqust 2025 12:31 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Moskva – Soçi” marşrutu üzrə uçuş həyata keçirən “Ural Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin heyəti Domodedovo hava limanından havaya qalxdıqdan sonra siqnalizasiya sisteminin işə düşməsi səbəbilə ehtiyat aerodroma yönəlmək qərarı verib və təyyarə Həştərxanda uğurla eniş edib.

Trend xəbər verir ki, bu barədə aviaşirkətin “Telegram” kanalında məlumat yayılıb.

“Airbus A321 təyyarəsinin göyərtəsində siqnalizasiya işə düşüb, bu isə uçuşun təhlükəsiz davam etməsinə imkan vermirdi. Nəticədə heyət ehtiyat aerodroma yönəlmək qərarı alıb və təyyarə Həştərxanda uğurla eniş edib”, – deyə şirkətin məlumatında bildirilib.

xxx

12:10

Rusiyada Moskva-Soçi hava reysi ilə uçan "Ural" hava yolları şirkətinə məxsus “Airbus A321” təyyarəsindən dispeçer qülləsinə 7700 kodlu həyəcan siqnalı daxil olub.

Trend bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.

Məlumata görə, sözügedən kod təyyarənin göyərtəsində ciddi bir insidentin yaşandığını bildirir.

“Flightradar” xidmətinin məlumatına görə, təyyarə təxminən 10 min metr hündürlükdə, saatda təqribən 280 km sürətlə hərəkət edirdi – bu isə belə uçuş şəraiti üçün normadan xeyli aşağı göstəricidir. Bununla yanaşı, qeyd olunur ki, bu cür trekinq platformalarında əks olunan məlumatlar qeyri-dəqiq ola və ya gecikmə ilə yenilənə bilər.

Məlumata görə, Soçi və Stavropol hava limanlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri artıq uçuş-enmə zolağına gəlib və Moskvadan gələn reysi qarşılamağa hazırlaşırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti