...

Qəzza sakinlərinin bir hissəsi İndoneziyaya köçürüləcək

Dünya xəbərləri Materials 7 Avqust 2025 14:20 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İndoneziya hakimiyyəti Qəzza zolağının zərərçəkən 2 min nəfərə yaxın sakinini lazımi yardımın göstərilməsi üçün müvəqqəti olaraq Qalanq adasına (Riau arxipelaqında) yerləşdirəcək.

Trend xəbər verir ki, bu barədə Asiya ölkəsinin prezidentinin mətbuat katibi Hasan Nəsbi açıqlama yayıb.

“İndoneziya Prezidenti müharibə qurbanlarına çevrilmiş, o cümlədən, bombalardan yaralanmış və ya dağıntılar altından çıxarılmış 2 minə yaxın sakinə - onların ailə üzvləri daxil olmaqla - tibbi yardımın göstərilməsinə göstəriş verib”, - deyə o bildirib.

Onun sözlərinə görə, söhbət təxliyədən yox, sırf tibbi müalicədən gedir və bütün pasiyentlər sağaldıqdan sonra Qəzza bölgəsinə qaytarılacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti