Bakı. Trend:
Kamçatka yarımadasının sahillərində 5,0 bal gücündə iki zəlzələ baş verib.
Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Bildirilib ki, ilk zəlzələ Petropavlovsk-Kamçatski şəhərindən 223 km məsafədə, 52,7 km dərinlikdə baş verib. İkinci yeraltı təkan isə şəhərdən 328 km aralıda, 67,7 km dərinlikdə qeydə alınıb.
Zəlzələlərin hissediciliyi barədə məlumat verilməyib. Hadisə ilə bağlı dağıntı və tələfat barədə də hələlik heç bir məlumat yoxdur.