Bakı. Trend:
"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ci ilin dekabr tədarüklü qızıl fyuçerslərinin qiyməti 22 apreldən sonra ilk dəfə bir troya unsiyası üçün 3,5 min dollar həddini keçib.
Trend-in ticarət platformasına istinadla verdiyi məlumata görə, Bakı vaxtı ilə saat 02:03-də qiymət 2,62% artaraq 3 534,10 dollar olub.
Daha sonra, saat 02:25-də artım tempinin zəifləməsi ilə qızıl bir unsiya üçün 3 492,10 dollara (+1,4%) enib.