Bakı. Trend:
Almaniyada ARD televiziyasının apardığı rəy sorğusuna görə, kansler Fridrix Mertsə dəstək ötən aya nisbətən 10 faiz azalaraq 32%-ə düşüb.
Trend-in “Zeit” qəzetinə istinadla verdiyi məlumata görə, sorğuda iştirak edənlərin 65%-i kanslerin fəaliyyətindən narazı olduğunu bildirib. Respondentlərin 26%-i kanslerə güvəndiyini, 66%-sı isə etibar etmədiyini qeyd edib.
Hökumətin digər üzvlərinin də reytinqləri aşağıdır:
Xarici işlər naziri Yohan Vadefulda – 31%
Maliyyə naziri Lars Klinqbaylda – 30%
Daxili işlər naziri Aleksander Dobrindt və əmək naziri Berbel Basda – hər biri 26%
Ən populyar siyasətçi 60% dəstəklə müdafiə naziri Boris Pistorius olub. Onu 38% səslə Bavariyanın baş naziri Markus Söder izləyir.
Respondentlərin yalnız 29%-i hökumətin fəaliyyətindən razı olduğunu bildirib ki, bu göstərici ötən ayla müqayisədə 10% azdır. Hökumətin fəaliyyətindən narazı olanların sayı isə 69%-ə yüksəlmiş, bu da əvvəlki aya nisbətən 15% çoxdur.