Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qütb Bölgələri Koordinasiya Şurasının yaradılması barədə qərar imzalayıb.
Trend-in məlumatına görə, sənəddə “Milli Qütb Elmləri Strategiyası (2023–2035)” çərçivəsində hər iki qütb bölgəsində Türkiyənin beynəlxalq mövqeyinin gücləndirilməsinin vacibliyi vurğulanır.
Yeni şura qütb bölgələrində baş verən prosesləri izləyəcək, ölkənin həmin ərazilərlə bağlı strategiyasını müəyyənləşdirəcək, milli tədqiqatların davamlılığını təmin edəcək və onların istiqamətini müəyyən edəcək.
Şuraya sənaye və texnologiya naziri rəhbərlik edəcək. Tərkibə ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi, xarici işlər, energetika və təbii sərvətlər, milli müdafiə, kənd təsərrüfatı və meşəçilik, ticarət, nəqliyyat və infrastruktur nazirlərinin müavinləri, həmçinin TÜBİTAK rəhbəri və Qütb Araşdırmaları İnstitutunun direktoru daxil olacaq.