...

İtaliya Baş naziri ABŞ, Ukrayna və BƏƏ liderləri ilə danışıb

Dünya xəbərləri Materials 8 Avqust 2025 08:18 (UTC +04:00)
İtaliya Baş naziri ABŞ, Ukrayna və BƏƏ liderləri ilə danışıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın Baş naziri Ciorcia Meloni ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Volodimir Zelenski və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə telefon danışıqları aparıb.

Trend-in məlumatına görə, söhbətlərdə əsas müzakirə mövzusu Ukraynadakı müharibə olub.

Meloni atəşkəsə nail olmaq üçün davam edən səylərin, Ukraynada ədalətli və davamlı sülhə aparacaq danışıqlar yolunun və xüsusən ABŞ-ın son diplomatik təşəbbüslərinin əhəmiyyətini vurğulayıb.

BƏƏ lideri ilə söhbətdə isə Qəzzaya humanitar yardımın çatdırılması, bölgədəki humanitar böhranın dayandırılması üçün hərbi əməliyyatların dərhal dayandırılması, girovların azad edilməsi və yardıma maneəsiz çıxışın vacibliyi qeyd edilib.

Xəbər lenti

Xəbər lenti