...

Yaponiyada Şinmoe vulkanı kül və tüstü püskürüb

Dünya xəbərləri Materials 10 Avqust 2025 12:43 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiyanın Kyüşü adasında yerləşən Şinmoe vulkanı havaya 3 min metrdən artıq hündürlüyə kül və tüstü püskürüb.

Trend bu barədə NHK telekanalına istinadla xəbər verir.

Məlumata görə, yerli hakimiyyət orqanları lava axını təhlükəsi barədə xəbərdarlıq ediblər. Vulkanın kraterindən 14 km məsafədə yerləşən ərazi xırda daş və pemza ilə örtülüb.

Qeyd edək ki, 1 420 metr hündürlüyə malik son dərəcə aktiv Şinmoe vulkanı iyunun sonundan bəri zəlzələlərlə müşahidə olunur.

Xəbər lenti

Xəbər lenti