...

İranın cənub-şərqində silahlı qarşıdurma baş verib

Dünya xəbərləri Materials 10 Avqust 2025 14:25 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranın cənub-şərqində naməlum şəxslərlə polis arasında baş verən silahlı qarşıdurmada 4 nəfər ölüb, 1 nəfər yaralanıb.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, Sistan və Bəlucistan əyalətinin Saravan şəhərində naməlum şəxslər polis əməkdaşlarına hücum ediblər.

Atışma nəticəsində 3 hücumçu zərərsizləşdirilib, bir polis əməkdaşı həyatını itirib, digəri isə yaralanıb.

Hadisənin təfərrüatları araşdırılır.

Xəbər lenti

Xəbər lenti