Bakı.Trend:
İtaliyada ilin əvvəlindən iyulun 31-dək ümumilikdə 851 meşə yanğını baş verib.
Trend xəbər verir ki, bu barədə ətraf mühitin mühafizəsi ilə məşğul olan “Legambiente” assosiasiyasının hesabatında bildirilib.
Hesabat dövründə ümumilikdə 56,2 min hektar meşə sahəsi yanıb ki, bu da 78 min 800 futbol meydançasına bərabərdir. Milli parklar və mühafizə olunan meşə ərazilərində isə 253 yanğın hadisəsi qeydə alınıb.
Yanğınlar əsasən ölkənin cənub hissəsindəki Siciliya, Kalabriya, Apuliya, Basilikata, Kampaniya və Sardiniya regionlarında müşahidə olunub.
Qeyd edək ki, ötən ilin eyni dövründə İtaliyada 1 515 yanğın olub, 50 min 802 hektar ərazi yanıb.