Bakı. Trend:
Zəlzələnin baş verdiyi andan bütün aidiyyatı qurumlarımız tədbirlər görür və lazımi addımlar atır.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X" sosial şəbəkəsində yazıb.
"İlk andan etibarən bütün aidiyyatı qurumlar tədbirlər görməyə başlayıb və lazımi addımlar atırlar. Biz vəziyyəti diqqətlə izləyirik. Allah ölkəmizi bütün bəlalardan qorusun", - deyə paylaşımda bildirilib.
Qeyd edək ki, Türkiyənin Balıkesir vilayətində 6,1 bal gücündə zəlzələ baş verib.