Bakı. Trend:
Avqustun 15-də Alyaskada keçirilməsi planlaşdırılan ABŞ-Rusiya sammiti ərəfəsində Avropa liderləri Moskvaya təzyiqi artırmağı, o cümlədən Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə ötürülməsi imkanından danışıqlarda təsir rıçaqları kimi istifadə etməyi təklif edirlər.
Trend-in məlumatına görə, bu barədə "Financial Times" qəzeti adı açıqlanmayan Aİ rəsmilərinə istinadən xəbər verib.
Məlumata əsasən, təkliflərdən biri də Rusiya Federasiyasının Belçikadakı "Euroclear" beynəlxalq platformasında saxlanılan 190 milyard avro məbləğində vəsaitin kredit kimi Ukraynaya köçürülməsidir.
"Müəyyən bir vaxtda Rusiya Ukraynaya vurduğu dağıntıları kompensasiya etməsə, Rusiyanın bu aktivləri ilə nə edəcəyi ilə bağlı müzakirə başlaya bilər", - deyə Aİ-nin yüksək vəzifəli rəsmisi bildirib.