Bakı.Trend:
Pxenyan ABŞ-Cənubi Koreyanın planlaşdırılan birgə hərbi təlimlərini pisləyib, mənfi nəticələrlə bağlı xəbərdarlıq edib.
Trend-in məlumatına görə, bu barədə Şimali Koreyanın müdafiə naziri No Qvan Cxor bildirib.
"Biz ABŞ və Koreya Respublikasının KXDR ilə hərbi qarşıdurma mövqeyini açıq şəkildə ortaya qoyan və Koreya yarımadasında və regionda təhlükəsizlik vəziyyətinə növbəti dəfə ciddi problem yaradan təxribat xarakterli hərəkətlərini qətiyyətlə pisləyirik, və onların hərəkətlərinin gətirəcəyi mənfi nəticələr barədə ciddi xəbərdarlıq edirik", - deyə nazir qeyd edib.
Şimali Koreya planlaşdırılan təlimləri Pxenyana qarşı “birbaşa hərbi təxribat” və “Koreya yarımadasında vəziyyətin gözlənilməzliyini artıran təhlükə” adlandırıb.