...

ABŞ hakimiyyəti Vaşinqtona yüzlərlə Milli Qvardiyanın əsgərini göndərə bilər

Dünya xəbərləri Materials 11 Avqust 2025 07:31 (UTC +04:00)

Bakı. Trend:

ABŞ prezidenti Donald Trampın administrasiyası ABŞ Milli Qvardiyasının bir neçə yüz əsgərini ölkə paytaxtına göndərməyi düşünür.

Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən bildirib.

Məlumata əsasən, Tramp hələlik məsələ ilə bağlı yekun qərarını verməyib. Mənbə əlavə edib ki, Vaşinqtona göndəriləcək Milli Qvardiya qoşunlarının sayı, eləcə də onların yerinə yetirəcəkləri vəzifələr hələ də müzakirə olunur.

Başqa bir mənbə qeyd edib ki, döyüşçülər həm federal əməkdaşları qorumaq, həm də hüquq-mühafizə orqanlarını müvəqqəti olaraq bu işdən azad etmək üçün inzibati tapşırıqları yerinə yetirmək üçün istifadə oluna bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti