Bakı. Trend:
Fransada davam edən anomal istilər dəmir yolu nəqliyyatında çətinliklər yaradıb.
Trend xəbər verir ki, Fransa Dəmir Yolları Şirkəti növbəti iki gün ərzində əyalətlərdən paytaxt Parisə gələn qatarların işləməyəcəyini açıqlayıb.
Bu addımın həmin qatarların soyutma sistemində yarana biləcək nasazlıqların qarşısını almaq məqsədilə atıldığı bildirilib.
Bu qərar sərnişinlər arasında narazılığa səbəb olub. “CGT Cheminot-Auvergne-Nivernais” həmkarlar ittifaqı xəbərdarlıq edib ki, yüzlərlə sərnişin platformalarda gözləməyə məcbur olacaq. Bunun məsuliyyəti isə Fransa Dəmir Yolları Şirkətinin üzərindədir.
Xatırladaq ki, bu şirkət ötən həftə də Fransada bir sıra qatarların hərəkətini müvəqqəti dayandırmışdı.