...

İspaniyada meşə yanğınları minlərlə insanın təxliyəsinə səbəb olub

Dünya xəbərləri Materials 12 Avqust 2025 22:11 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyanın müxtəlif bölgələrində baş verən meşə yanğınları 6 minə yaxın insanın təxliyəsinə səbəb olub.

Trend-in Avropa KİV-ə istinadən verdiyi xəbərə görə, Kastiliya və Leon muxtar icmasında təxminən 4 min, Əndəlüsdə isə minə yaxın insan təxliyə edilib.

İspaniya Müdafiə Nazirliyi anomal istilər şəraitində sürətlə yayılan yanğınlarla mübarizə üçün minə yaxın hərbçinin cəlb olunduğunu bildirib.

Çərşənbə axşamına keçən gecə yanğınsöndürənlər Madrid yaxınlığında yanğının yayılmasının qarşısını ala biliblər. Həmin ana qədər Tres Kantos bələdiyyəsində min hektara yaxın ərazi məhv olub, bir nəfər həyatını itirib.

Qonşu Portuqaliyada da meşə yanğınları davam edir. Trankozu şəhəri ərazisində 700-ə yaxın yanğınsöndürən alovlara qarşı mübarizə aparır.

Xəbər lenti

Xəbər lenti