Bakı. Trend:
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus üç “B-1B Lancer” strateji bombardmançı təyyarəsi Norveçdəki Orland aviabazasına çatıb.
Trend-in məlumatına görə, bu barədə NATO-nun Müttəfiq Hava Qüvvələri Komandanlığı (AIRCOM) öz saytında məlumat yayıb.
Təyyarələr ABŞ-nin Texas ştatındakı Dyess Hərbi Hava Qüvvələri bazasından havaya qalxıb.
Norveçdə olduqları müddətdə ABŞ bombardmançıları Norveçin “F-35”ləri və NATO-nun digər təyyarələri ilə birlikdə yüksək təhlükə mühitində təcrübə keçəcək, axtarış, identifikasiya, izləmə və hədəfləmə bacarıqlarını təkmilləşdirəcək, həmçinin müttəfiqlərin rəhbərlik etdiyi bir sıra missiyalarda iştirak edəcəklər.