...

Türkiyədə silahlı atışma baş verib

Dünya xəbərləri Materials 13 Avqust 2025 00:35 (UTC +04:00)
Türkiyədə silahlı atışma baş verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Qaziantep vilayətində uzun müddət davam edən ədavət silahlı atışmaya səbəb olub.

Trend-in məlumatına görə, hadisə Şahinbəy rayonu, Günəş məhəlləsində baş verib. İddialara görə, iki qrup arasında mübahisə başlayıb və qısa zamanda dava silahlı atışmaya çevrilib.

Xilasedicilər 9 yaralıya ilkin tibbi yardım göstərərək, onları müxtəlif xəstəxanalara çatdırıblar. Yaralılardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.

Polis hadisə ilə bağlı genişmiqyaslı araşdırmalara başlayıb və çox sayda şəxsi saxlayıb.

Xəbər lenti

Xəbər lenti