...

Almaniyada “Almaniya üçün Alternativ” partiyası lider mövqeyə yüksəlib

Dünya xəbərləri Materials 13 Avqust 2025 02:52 (UTC +04:00)
Almaniyada “Almaniya üçün Alternativ” partiyası lider mövqeyə yüksəlib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyada “Almaniya üçün Alternativ” (AfD) partiyası ölkədəki bütün siyasi partiyalar arasında lider olub və onun bəyənmə reytinqi 26%-ə çatıb.

Trend-in məlumatına görə, bu barədə avqustun 12-də "N-tv" kanalı özünün "YouTube" kanalında məlumat yayıb.

Trend Barometer sorğusunun nəticələrinə əsasən, Almaniya əhalisinin siyasi əhval-ruhiyyəsində dəyişiklik baş verib. “Almaniya üçün Alternativ” hazırda ölkənin ən güclü siyasi qüvvəsi sayılır. CDU/CSU fraksiyası isə 24% səslə ikinci yerdədir və ötən həftə ilə müqayisədə səslərini itirib.

Kanalın bildirdiyinə görə, respondentlərin üçdə ikisi Almaniya kansleri Fridrix Merzin işindən narazıdır. Onun qərarlarına dəstək səviyyəsi 29%-ə qədər azalıb.

"N-tv" qeyd edir ki, kanslerin işindən narazı olanların sayı sorğuda iştirak edənlərin üçdə ikisini təşkil edir.

Xəbər lenti

Xəbər lenti