...

“Erin” tropik fırtınası mövsümün ilk qasırğasına çevriləcək

Dünya xəbərləri Materials 13 Avqust 2025 06:32 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Atlantik okeanında formalaşan “Erin” tropik fırtınasının cümə axşamına qədər mövsümün ilk qasırğasına çevriləcəyi gözlənilir.

Trend-in məlumatına görə, şənbə günü gücünü artıraraq 3-cü kateqoriyaya çatması proqnozlaşdırılan qasırğanın ABŞ-yə birbaşa təsir etməyəcəyi bildirilir.

Təbii fəlakətin Puerto Riko da daxil olmaqla Katib adalarını əhatə edəcəyi gözlənilir.

Sinoptiklər gələn həftə “Erin”in şimala doğru hərəkət edəcəyini ehtimal etsələr də, onun ABŞ sahillərinə çatacağı barədə dəqiq proqnoz vermək üçün hələ tez olduğunu vurğulayırlar.

Xəbər lenti

Xəbər lenti