...

Braziliyada partlayış baş verib

Dünya xəbərləri Materials 13 Avqust 2025 07:36 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Braziliyanın Parana ştatında yerləşən partlayıcı maddələr istehsal edən zavodda güclü partlayış baş verib, nəticədə 9 nəfər həyatını itirib.

Trend-in yerli KİV-ə istinadən verdiyi məlumata görə, hadisə partlayıcı maddələrin saxlanıldığı və daşınmaya hazırlandığı 25 kvadratmetrlik otaqda baş verib.

Partlayış zamanı 7 nəfər də müxtəlif dərəcəli xəsarətlər alıb. Ştat qubernatoru Ratinho Junior həlak olanların ailələrinə başsağlığı verib.

Hazırda hüquq-mühafizə orqanları qəzanın səbəblərini və başvermə şəraitini araşdırır.

Xəbər lenti

Xəbər lenti