...

Britaniyanın xarici işlər naziri lisenziyasız balıq tutduğuna görə cərimələnə bilər

Dünya xəbərləri Materials 13 Avqust 2025 19:11 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi bu ölkədə səfərdə olan Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Cey Di Venslə birlikdə lisensiya olmadan balıq tutduqlarını etiraf edib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, nazir bu barədə ekoloji nəzarət orqanına məlumat verdiyini açıqlayıb.

Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, bu, unutqanlıq səbəbindən baş verib.

Qeyd edək ki, İngiltərə və Uelsdə yaşı 13-dən çox olan hər kəsin şirin suda, məsələn, sazan balığı tutması üçün lisenziya tələb olunur. Lisenziyasız balıq tutmaq 2 min 500 funt-sterlinqədək cərimə ilə nəticələnə bilər.

Xəbər lenti

Xəbər lenti