...

Tramp Zelenski və Avropa liderləri ilə Putinlə gözlənilən görüşünü müzakirə edib

Dünya xəbərləri Materials 13 Avqust 2025 20:00 (UTC +04:00)
Tramp Zelenski və Avropa liderləri ilə Putinlə gözlənilən görüşünü müzakirə edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski və Avropa liderləri ilə telefonla danışıb.

Trend xəbər verir ki, bu haqda “Axios” söhbətdən xəbərdar olan mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Tramp söhbətində Rusiya Prezidenti Vladimir Putinlə gözlənilən görüşünün məqsədlərini açıqlayıb:

“Prezident Tramp Zelenskiyə və Avropa liderlərinə deyib ki, onun Vladimir Putinlə cümə günü keçiriləcək görüşündəki hədəfləri atəşkəsə nail olmaq və tam sülh sazişinin mümkün olub-olmadığını daha aydın başa düşməkdir”.

Xəbər lenti

Xəbər lenti