Bakı. Trend:
ABŞ hakimiyyəti Alyaskada keçiriləcək ABŞ-Rusiya sammiti üçün bir neçə gün müddətinə zəruri olan maliyyə əməliyyatlarına qarşı sanksiyaları ləğv edib.
Trend-in məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyi xəbər verib.
Bildirilib ki, bu cür əməliyyatlara 20 avqust 2025-ci il tarixinədək icazə verilir.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin cümə günü Alyaskada danışıqlar aparacağı bildirilirdi.