Bakı. Trend:
ABŞ hakimiyyəti Afrika, Kuba və Qrenadadan olan məmurlara viza məhdudiyyəti qoyub.
Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio deyib.
O bildirib ki, buna səbəb həmin şəxslərin Kuba hakimiyyətinin tibb missiyaları sxeminə cəlb olunmalarıdır.
Dövlət katibi qeyd edib ki, bu sxem çərçivəsində tibb işçiləri yüksək qiymətlər müqabilində digər ölkələrə “icarəyə verilir” və əldə olunan gəlirin böyük hissəsi Kuba hakimiyyətində qalır.