Bakı. Trend:
Serbiyada axşam nümayişləri və iğtişaşlar zamanı yaralanan polis zabitlərinin sayı ilkin məlumatlara görə 15-ə çatıb.
Trend-in məlumatına görə, bu barədə ölkənin daxili işlər naziri İvitsa Daçiç deyib.
"Biz qorxuruq ki, daha ciddi xəsarətlər alanlar var. Bir saat əvvəl alınan məlumata görə, 6 polis əməkdaşı yaralanıb. Lakin hadisə yerindən indiyədək təsdiqini tapmayan məlumat var ki, onların sayı 14-15-ə çata bilər", - deyə o bildirib.
Nazirin sözlərinə görə, “dövlətə, fərqli siyasi fikirdə olan vətəndaşlara və polisə qarşı dəhşətli hücum olub”. İ.Daçiç xəsarət alanlar arasında mülki şəxslərin də olduğunu, etirazçıların səbəbsiz olaraq vətəndaşlara və hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum etdiyini qeyd edib.