...

“Roskomnadzor” “Telegram” və “WhatsApp”a zənglərə məhdudiyyətlərin qoyulduğunu elan edib

Dünya xəbərləri Materials 14 Avqust 2025 04:50 (UTC +04:00)
“Roskomnadzor” “Telegram” və “WhatsApp”a zənglərə məhdudiyyətlərin qoyulduğunu elan edib

Bakı. Trend:

“Roskomnadzor” bildirib ki, Rusiyada “Telegram” və “WhatsApp”a zənglərin qismən məhdudlaşdırılmasına dair tədbirlər görülür.

Trend-in məlumatına görə, xidmətdə məhdudiyyətləri “cinayətkarlara qarşı mübarizə” kimi izah edilib. Rəqəmsal İnkişaf Nazirliyindən bildiriblər ki, messencerlər tələblərə və Rusiya qanunvericiliyinə əməl edərsə, zənglərə çıxış bərpa oluna bilər.

“Telegram” və “WhatsApp” xarici messencerləri aldatmaq və pulları qoparmaq, Rusiya vətəndaşlarını təxribat və terror fəaliyyətlərinə cəlb etmək üçün istifadə edilən əsas səs xidmətlərinə çevrilib”, - deyə “Roskomnadzor” iddia edir.

Xəbər lenti

Xəbər lenti