...

Ərdoğan NATO-nun Baş katibi ilə İstanbul danışıqlarını müzakirə etdi

Dünya xəbərləri Materials 14 Avqust 2025 19:36 (UTC +04:00)
Ərdoğan NATO-nun Baş katibi ilə İstanbul danışıqlarını müzakirə etdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Mark Rutte ilə telefon danışığı aparıb.

Trend xəbər verir ki, bu haqda Türkiyə liderinin mətbuat xidməti məlumat yayıb.

Danışıqda Ukrayna ilə Rusiya arasındakı müharibə ilə bağlı son hadisələr, regional və qlobal məsələlər müzakirə edilib.

Ərdoğan Ukrayna ilə Rusiya arasında daimi atəşkəsə nail olmaq üçün Türkiyənin başlatdığı İstanbul danışıqlarında irəliləyiş əldə edildiyini ifadə edərək, bu prosesin humanitar sahədə də müsbət irəliləyişlərə şərait yaradacağına inandığını bildirib.

Alyansın rəsmisi ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında keçiriləcək Alyaska Sammitini dəyərləndirib.

Xəbər lenti

Xəbər lenti