...

İtaliyada itkin düşən alpinistlərin cəsədləri tapılıb

Dünya xəbərləri Materials 14 Avqust 2025 20:40 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyada Alp dağlarının Monte Roza zirvəsində itkin düşən iki italiyalı alpinistin cəsədi aşkarlanıb.

Trend xəbər verir ki, Aosta Vadisi üzrə xilasetmə qrupu iki gündür axtarış aparırdı.

Kişi və qadın alpinistin yeri peyk kommunikatorunun köməyi ilə müəyyən edilib.

Daha sonra İtaliya maliyyə polisinin dağ-xilasetmə qrupunun helikopteri vasitəsilə onların cəsədləri aşkarlanıb.

Xəbər lenti

Xəbər lenti