Bakı. Trend:
Rusiyanın Kareliya Respublikasında təlim uçuşu zamanı "Su-30" qırıcı təyyarəsi qəzaya uğrayıb.
Trend-in məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
Nazirlik bildirib ki, nəticədə təyyarənin heyət üzvləri həlak olub.
Qeyd edilib ki, təyyarə yaşayış olmayan ərazidə qəzaya uğrayıb.
Kareliya Respublikasının rəhbəri Artur Parfençikovun sözlərinə görə, təcili yardım xidmətləri respublikanın Prionej rayonunda hərbi təyyarənin qəzaya uğradığı yerə gəliblər.