...

Bosfor boğazında gəmilərin hərəkəti dayandırılıb

Dünya xəbərləri Materials 2 Dekabr 2025 12:12 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə, Bosfor boğazında qatı dumanla əlaqədar hər iki istiqamətdə gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat nazirliyinin dəniz məsələləri üzrə departamenti bəyanat yayıb.

“Qatı dumanla əlaəqdar hava şəraiti normallaşana qədər hər iki istiqamətdə gəmilərin hərəkəti dayandırılıb”, -məlumatda bildirilir.

Sonuncu dəfə Bosfor boğazı sentyabrın 30-da yük gəmisinin sıradan çıxması ilə əlaqədar bağlanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti