...

Avropa İttifaqının keçmiş ali nümayəndəsi saxlanılıb

Dünya xəbərləri Materials 2 Dekabr 2025 17:00 (UTC +04:00)
Avropa İttifaqının keçmiş ali nümayəndəsi saxlanılıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Brüsseldə Avropa İttifaqının xarici siyasət üzrə keçmiş ali nümayəndəsi, italiyalı siyasətçi Frederika Moqerini saxlanılıb

Trend bu haqda xarici KİV-ə istinadən xəbər verir.

Hazırda Avropa Kollecinin rektoru olan Moqerininin Avropa Kolleci və Aİ-nin Xarici Fəaliyyət Xidməti ilə bağlı dələduzluq istintaqı çərçivəsində saxlanıldığı bildirilir.

Məlumata görə, bu gün Brüsseldə Avropa İttifaqının diplomatik xidmətində, həmçinin Brüggedə yerləşən Avropa Kollecinin bir neçə binasında axtarışlar aparılıb.

Ümumilikdə üç nəfər, o cümlədən Mogerini saxlanılıb.

Həmin şəxslər gələcək diplom Aİ-nin diplomatik xidməti tərəfindən Avropa Kollecinə (Avroap İttifaqının Diplomatik Akademiyasına ) doqquz aylıq tədris proqramına qəbul prosesində qərəzli, ədalətsiz yanaşmada və rəqabət qaydalarını pozmaqda şübhəli bilinirlər.

Mübahisələndirilən faktlar 2021–2022-ci illəri əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti