Bakı. Trend:
Serbiyanın yanvarın sonunadək benzin, kerosin və dizel daxil olmaqla bütün yanacaq ehtiyatı mövcuddur, lakin NIS neft emalı zavodunun fəaliyyətinin dayandırılmasından sonra vətəndaşlar digər yanacaqdoldurma məntəqələrindən istifadə etməli olacaqlar.
Trend xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.
Dövlət başçısının sözlərinə görə, ölkədə neft məhsullarının dövriyyəsinin təxminən 47 faizi NIS yanacaqdoldurma məntəqələrinin payına düşürdü.
“Bizim yanacaqla bağlı əsas problemimiz logistika sahəsindədir. Çətinliklər həddindən artıq çoxdur”, – Vuçiç bildirib.
