Bakı. Trend:
Böyük Britaniyanın Baş naziri Kir Starmer karyera diplomatı Kristian Terneri Böyük Britaniyanın ABŞ-dəki səfiri vəzifəsinə təyin edib.
Trend xəbər verir ki, bu barədə "Sky News" kanalı məlumat yayıb.
Qeyd olunur ki, 2025-ci ilin may ayında Kristian Terner Böyük Britaniyanın BMT-dəki Daimi Nümayəndəsi kimi təsdiqlənib və yaxın vaxtlarda vəzifəsinin icrasına başlayıb. O, 2023-cü ilin yanvarından 2025-ci ilin sentyabrınadək Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Siyasi Direktoru vəzifəsində çalışıb. Bundan əvvəl, 2019–2023-cü illərdə Pakistanda Britaniya Ali Komissarı, 2012–2016-cı illərdə isə Keniyada Britaniya Ali Komissarı olub. Terner 2002–2006-cı illərdə ABŞ-dəki Britaniya səfirliyində Birinci Katib vəzifəsini də icra edib.
ABŞ paytaxtı Vaşinqtondakı Britaniya diplomatik missiyası bu ilin sentyabr ayının əvvəlindən, Kir Starmerin missiyanın rəhbəri Lord Piter Mandelsonu vəzifəsindən azad etməsindən sonra səfirsiz fəaliyyət göstərirdi.
