...

Tramp ABŞ-nin kosmosda üstünlüyünü təmin etməyə yönələn fərman imzalayıb

Dünya xəbərləri Materials 19 Dekabr 2025 06:28 (UTC +04:00)
Tramp ABŞ-nin kosmosda üstünlüyünü təmin etməyə yönələn fərman imzalayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp ölkənin kosmosda üstünlüyünü təmin etmək məqsədilə müvafiq fərman imzalayıb.

Trend xəbər verir ki, sənəd Ağ Ev tərəfindən yayımlanıb.

Fərmanda amerikalıların 2028-ci ilə qədər Aya qayıtmasının və 2030-cu ilədək orada daimi bazanın yaradılmasının vacibliyi vurğulanır. Sənəddə, həmçinin 2028-ci ilə qədər ABŞ kosmik sektoruna 50 milyard dollar investisiyanın cəlb edilməsi və 2030-cu ilədək Beynəlxalq Kosmik Stansiyanı əvəz edəcək yeni platformanın yaradılması hədəfi müəyyən olunub.

Prioritetlər sırasında Ay səthində yerləşdirilməsi nəzərdə tutulan nüvə reaktorunun hazırlanması da yer alır. Qeyd olunur ki, bu texnologiyalar 2030-cu ilə qədər istifadəyə hazır vəziyyətə gətirilməlidir.

Bununla yanaşı, fərmanda müdafiə proqramları çərçivəsində yeni nəsil raketlərin yaradılması məqsədilə 2028-ci ilə qədər prototiplərin hazırlanması və sınaqdan keçirilməsi planı da əksini tapıb.

Xəbər lenti

Xəbər lenti