...

İspaniya “Airbus”dan 100 hərbi helikopter sifariş edib

Dünya xəbərləri Materials 19 Dekabr 2025 08:14 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniya Müdafiə Nazirliyi “Airbus” şirkətinə 100 ədəd hərbi helikopter sifarişi verib.

Trend xəbər verir ki, nazirlik ordunun ehtiyacları üçün dörd müxtəlif model döyüş helikopteri alacaq. Sifarişin əsas məqsədi ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsidir.

Qeyd olunur ki, alış prosesi Fransanın Silahlanma və Hərbi Ləvazimat üzrə Baş İdarəsinin (DGAM) vasitəçiliyi ilə həyata keçirilir.

Bununla yanaşı, “China Airlines” şirkəti də əlavə olaraq 5 ədəd “Airbus A350-1000” tipli geniş füzelyajlı sərnişin təyyarəsi sifariş edib.

Xəbər lenti

Xəbər lenti