...

Fransada daşqınlar səbəbindən qırmızı xəbərdarlıq elan edilib

Dünya xəbərləri Materials 23 Dekabr 2025 03:42 (UTC +04:00)

Bakı. Trend:

Fransanın cənubundakı Ero departamentində daşqınlar səbəbindən ən yüksək (qırmızı) hava xəbərdarlığı səviyyəsi elan edilib.

Trend-in məlumatına görə, bu barədə "Météo-France" milli xidməti "X" sosial şəbəkəsində yazıb.

"Ero departamentində daşqınlar səbəbindən qırmızı təhlükə səviyyəsi verilib, digər bəzi cənub departamentində isə ikinci ən yüksək hava təhlükəsi səviyyəsi olan narıncı narıcı təhlükə səviyyəsi", - deyə qeyd olunub.

Meteorologiya xidməti bölgə sakinlərini avtomobillərdən istifadə etməməyə və evlərindən çıxmamağa çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti