Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Qrenlandiya üzərində nəzarətin Amerikanın milli təhlükəsizliyi üçün vacibliyini bir daha vurğulayıb.
Trend-in məlumatına görə, bu barədə D.Tramp Floridada jurnalistlərin suallarını cavablayarkən bildirib.
"Milli təhlükəsizlik üçün buna ehtiyacımız var", - deyə o bildirib.
Tramp vurğulayıb ki, təbii sərvətlərə sahib olmaq xatirinə deyil, məhz bu səbəblərə görə ABŞ-nin Qrenlandiyanı bu və ya digər formada idarə etməsində israr edir.